26 Aprel 2024
İranda koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşdı

İranda koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşdı

17 Mart 2020
Baxış: 431

İranda daha 125 nəfər koronavirusun qurbanı olub.
irna-xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 988 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 178 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 16 169 nəfərə çatıb.
K.Cahanpur həmçinin 5 389 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.