12 May 2024
"İrana bu barədə məlumat vermişdik" - Pakistan

"İrana bu barədə məlumat vermişdik" - Pakistan

18 Yanvar 2024
Baxış: 320

Pakistan ordusunun İranın Sistan-Bəlucistan əyalətinə hücumu nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi kəşfiyyat məlumatlarına əsasən belə bəyanat yayıb. Bəyanatda deyilir ki, Pakistan tərəfi İranın nəzarətində olmayan ərazilərdə terrorçuların düşərgə saldığı barədə İrana məlumatlar göndərib. Açıqlamada deyilir ki, Pakistan İranın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Bəyanatda deyilir ki, Pakistanın bu hərbi əməliyyatı ölkənin milli təhlükəsizliyini bütün təhdidlərdən qorumaq və müdafiə etməkdə sarsılmaz əzminin göstəricisidir. Açıqlamada Pakistanın müqəddəs və toxunulmaz xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyi qeyd edilib.

Bəyanatda İranın qardaş ölkə olduğu və Pakistan xalqının İran xalqına böyük hörmət və məhəbbət bəslədiyi, İslamabadın terror təhlükəsi də daxil olmaqla ümumi problemlərə qarşı dialoq və əməkdaşlığa üstünlük verdiyi və həll yollarının tapılması üçün səylərini davam etdirəcəyi vurğulanıb. (Mətbuat.az)