26 Aprel 2024
İran XİN başçısı: “ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

İran XİN başçısı: “ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

16 İyun 2020
Baxış: 439

“İran ABŞ-ın Suriyaya göstərdiyi iqtisadi təzyiqdən narahatdır”.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.

“Biz Suriyadakı siyasi və iqtisadi vəziyyətin inkişafından və ABŞ-ın Suriyaya iqtisadi təzyiq göstərməsindən narahatıq. Bu təzyiq sadə insanlara təsir edir. ABŞ əlindən gələni edir ki, bizim regionda və Suriyada sabitliyi pozsun. Lakin onlar öz məqsədlərinə çatmayacaq”, - deyə İran XİN başçısı vurğulayıb.