26 Aprel 2024
İran "nüvə alimlərini öldürməyə cəhd edən Mossad agentlərini" mühakimə edəcək

İran "nüvə alimlərini öldürməyə cəhd edən Mossad agentlərini" mühakimə edəcək

23 İyun 2022
Baxış: 371

İran mediası saxlanılanların xarici vətəndaşlığı olub-olmadığını bilmir

AJMEDİA.İNFO xəbər verir ki, İran 2021-ci ilin aprelində həbs olunan üç “Mossad casusunun” yaxın mühakimə olunacağını elan edib. Çərşənbə axşamı, iyunun 21-də, IRNA agentliyinin məhkəmə sistemindəki mənbəyə istinadən verdiyi məlumata görə, "məhbus üç nəfər nüvə alimlərini öldürməyi planlaşdırırdı".

Məlumatı jurnalistlərə verən Mehdi Şəmsabadi adlı məmur həbs olunanların İran vətəndaşlığı və ya əcnəbi olub-olmadığını açıqlamayıb.
İran əks-kəşfiyyatı aprelin sonunda üç nəfərin "İsrailə casusluq etmək" şübhəsi ilə həbs edildiyi barədə məlumat yayıb. Ölkənin cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyalətində “casus” olduğu iddia edilən üç nəfər ələ keçirilib.

Saxlanılanların dövlətə mənsubiyyəti məlum deyil, İran mediasında bu barədə məlumat yoxdur. Həbsdən az sonra İran hakimiyyəti hər üçünün məxfi məlumat toplamaqda şübhəli bilindiyini bildirib.

חסן ציאד ח'דאירי