26 Aprel 2024
İran İsrailə görə Böyük Britaniyaya NOTA VERDİ

İran İsrailə görə Böyük Britaniyaya NOTA VERDİ

03 Avqust 2021
Baxış: 722

Böyük Britaniyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

AJMEDİA.İNFO xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin körfəzdəki qeyri-sabit vəziyyətin yaranmasında İranı təqsirkar hesab etməsi rəsmi Tehranın etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinə İranın etirazı çatdırılıb və izah edilib ki, körfəz İran üçün strateji xarakter daşıyır və rəsmi Tehran burada qeyri-sabit vəziyyətin yaranmasında maraqlı deyil. Tam əksinə İran dəniz sərhədlərində sabitliyin hökm sürməsini istəyir. Körfəzdə sabitliyi İran deyil, uzaq ölkələrdən bura hərbi gəmilər göndərənlər pozmaq istəyirlər.