11 May 2024
"İnsanları qorxutmaq yolu ilə bu məsələni həll etməliyik" - Fazil Mustafa

"İnsanları qorxutmaq yolu ilə bu məsələni həll etməliyik" - Fazil Mustafa

12 Mart 2024
Baxış: 283

"İnsanları qorxutmaq yolu ilə bu məsələni həll etməliyik".

AJMEDİA.İNFO xəbər verir ki, bunu 12 mart tarixində keçirilən “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı deputat Fazil Mustafa deyib.

"Bir şeyi bilmək istərdim ki, buradakı jurnalistlər sadərə reportaj hazırlayacaq, yoxsa ciddi hissələrin televiziyalarda müzakirəsini təmin edəcəklər? Atatürk deyirdi ki, dövlət cəmiyyətin arxası ilə sürünməməlidir. Sinfin kefinə görə dərs keçilmir. Alim də xalqın arxası ilə sürünmür. Bəzən cəmiyyətə rəğmən bəzi addımların atılması vacibdir. Dövlət bunu strateji təhülkə kimi görürsə, qadağa qoyulmaldırsa, qoyulsun. Azərbaycanda maarifçilik aşağıdır. Bunun mahiyyətini müzakirə etsək, insan haqları ilə ziddiyyət təşkil edir. İnsan qohumunu da sevə bilər. Lakin strateji baxımdan dövlət müdaxilə etməlidir. Cəmiyyətin bir çoxu cəhalətlə yaşayır. Bunu dəyişmək dövlətin də əlində deyil. İçi mən qarışıq çəpərimizdən özümüzü göstərmək istəməyən cəmiyyətik. Kənd yerlərində bu addım səviyyəsi daha çoxdur. Şəhərə gələn insan mədəni səviyyədə sosiallaşmasa da, prezident seçkilərində bir çox vətəndaşla mədəniyyət evlərində görüşdük, heç birində isitmə sistemi yox idi. Bu da o deməkdir ki, o mədəniyyət evləri fəaliyyət göstərmir. Məktəbdə deyən yoxdur ki, sabah qohum evliliyindən şikəst uşağın olacaq. Bir qohum nigahı, bir də bölgə nigahı üzrə işlənilməlidir. Başqa millət, xalq, dindən olan biri ilə evlənənlərə də lağ edirlər. Halbuki, öz əmisioğluna ərə getsəydi, vurub, döyüb, öldürəcəkdi sonra da boşanacaqdı. Kimsə gedir xaricdə işləyir, anası çağırır ki, gəl, bibinin qızını al, tək qalmışam. Gəlir evlənir, qoyur anasının yanına, gedir xaricdəki həyatına, ailəsinə.

Bəzən deyirlər ki, dövlət mədəniyyət evi tikmir. Dövlət mədəniyyət evi tikməməlidir. 19-cu əsrdə Şəmkirdə xalq mədəniyyət evi tikib. O gün teatra getmişdim, gözəl tamaşa idi, amma zalın 80 faizi dolu idi, bu zalı 100 faiz doldura bilmirsənsə, günah dövlətdə deyil. Cəmiyyətlə açıq dialoqa keçməliyik. Dilimiz xürafat dilidir. Bəzən yola vermək, diqqətdən kənarda saxlamaq bizi məğlubiyyətə aparır. Qadının sosiallaşma yeri haradır? Xınayaxdı tədbirləri keçirilir. Qadının sosiallaşma yeri bu tədbirlərdir ki, geyinsin, oynasın. Ancaq əvvəllər belə deyildi. İndi təmas darlığı var. İndi kimsə kiminsə zəmanəti ilə kiminləsə evlənməlidir. 600-800 boşanma elə qohumlar arasındadır. Dövlət müzakirə belə etmədən bu addımı atmalıdır. Problemi aradan qaldırmaq istəməyən xalqı dövlət tərbiyələndirməlidir".(Sfera.az)