26 Aprel 2024
İndoneziyada rəqib hücumçu ilə toqquşan qapıçı öldü – ANBAAN VİDEO

İndoneziyada rəqib hücumçu ilə toqquşan qapıçı öldü – ANBAAN VİDEO

22 Dekabr 2021
Baxış: 793

Futbol üzrə İndoneziyanın üçüncü divizionunun qarşılaşmasında faciə yaşanıb.

İndoneziyanın “Tornado” futbol klubunun qapıçısı Taufik Ramsi rəqib komndanın futbolçusu ilə toqquşaraq həyatını itirib.

20 yaşlı qolkiper başından zərbə alıb.

Qazonda huşsuz vəziyyətdə qalan qapıçıya ilkin tibbi yardım göstərilsə də onun huşunu qaytarmaq mümkün olmayıb.

Həkim heyəti futbolçunu xərəkdə meydançadan çıxarıb və xəstəxanaya aparılıb.

Ciddi kəllə-beyin travması diaqnozu qoyulan futbolçu əməliyyat edilsə də onu həyata qaytarmaq mümkün olmayıb.

Teqlər: İndoneziya