09 May 2024
İlon Mask məşhur jurnalistlərə QADAĞA QOYDU

İlon Mask məşhur jurnalistlərə QADAĞA QOYDU

16 Dekabr 2022
Baxış: 312

Dünyanın ən zəngin ikinci insanı İlon Maska məxsus Tvitter bir neçə yüksək profilli jurnalistin hesablarını izahat vermədən bağlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, “CNN”-dən Doni Osallivan, “The New York Times”-dan Rayan Mak, “The Washington Post” Dru Harvell və son həftələrdə Maskın barəsində yazılar yazan digər bir çox jurnalistlərin hesabları həmişəlik olaraq bağlanılıb.

Mask buna cavab olaraq bildirib ki, jurnalistlərin hesablarının bağlanılmasına səbəb onun yeni “doxxing” siyasətini pozmaqla canlı lokasiyasını paylaşmaları olub.


Osallivan hesabının bağlanmasından bir neçə gün öncə digər hesablara Maskın özəl təyyarəsinin canlı ünvanını paylaşmağa şərait yaradan məşhur “Mastodon” şirkətinin hesabının bağlanıldığını bildirmişdi.

Qeyd edək ki, “Doxxing” kiminsə ev ünvanını və ya digər şəxsi məlumatlarını onlayn paylaşmaqla bağlı qaydadır.