10 May 2024
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

28 İyun 2023
Baxış: 349

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.