23 İyun 2024
İlham Əliyev ONU yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

İlham Əliyev ONU yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

13 İyun 2024
Baxış: 255

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə fond məlumat yayıb.

Bildirilib ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.

Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT