NAYORA tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının...
19 saat əvvəlİlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etdi - VİDEO
28 Dekabr 2021
Baxış: 536
Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib.
AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.
***
Rusiya Prezidenti Vladimir Putin bildirib: “30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqlı addım idi. Ötən illər ərzində çox şey köklü şəkildə dəyişib. Bir çox sahələrdə inteqrasiya dərinləşib”.
***
MDB dövlət başçıları koronavirusa qarşı mübarizə tədbirlərindən söhbət açıblar.