26 Aprel 2024
"Hizbullah"ın 2 terrorçusu Livandan İsrailə keçdi - Polis yəhudilərə XƏBƏRDARLIQ ETDİ

"Hizbullah"ın 2 terrorçusu Livandan İsrailə keçdi - Polis yəhudilərə XƏBƏRDARLIQ ETDİ

08 İyun 2021
Baxış: 495

İki şübhəli şəxs Livan ərazisindən İsrailə gizli şəkildə daxil olub.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" qəzeti məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı yüzlərlə əsgərin bir neçə saat axtarıç aparıb, lakin həmin şəxsləri tapmaq hələ ki mümkün olmayıb.

Qəzetin məlumatına görə, bu şəxslərin Livanın "Hizbullah" terror təşkilatının üzvü olması ehtimal olunur.

İsrail polisi təxribat və terror təhlükəsi ilə bağlı yəhudilərə xəbərdarlıq edib, evlərini tərk etməməyə çağırıb.