09 May 2024
Həyat yoldaşı: "Mənə Zelenski ilə birgə qalmağa icazə vermədilər..."

Həyat yoldaşı: "Mənə Zelenski ilə birgə qalmağa icazə vermədilər..."

11 Aprel 2022
Baxış: 570

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı və övladlarına onunla birlikdə Prezident ofisində qalmağa icazə verilməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya "Vogue” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, müharibənin əvvəlindən Zelenski ailəsi ilə yalnızca telefon vasitəsilə əlaqə saxlayır:

"İlk günlər onunla birlikdə qalacağımıza ümid edirdim. Lakin Prezident Ofisi hərbi obyektə çevrildi və uşaqlarla mənə orada qalmaq qadağan edildi. Bizə təhlükəsiz bir yerə getmək tapşırıldı, düzdür, əgər indi Ukraynada təhlükəsiz yer tapmaq mümkündürsə. O zamandan etibarən Volodimir ilə yalnızca telefonla əlaqə saxlayırıq”.

O, həmçinin qeyd edib ki, son ana qədər Rusiyanın Ukraynaya hücum edəcəyinə inanmayıb.

Teqlər: Zelenski