11 May 2024
"HƏMAS terrorçularının İsrailə hücumunda fələstinli dinc sakinlərin də əli var" - Ron Prozor

"HƏMAS terrorçularının İsrailə hücumunda fələstinli dinc sakinlərin də əli var" - Ron Prozor

21 Dekabr 2023
Baxış: 378

“Oktyabrın 7-də Fələstinin HƏMAS terrorçularının İsrailə hücumunda fələstinli dinc sakinlərin əli var”.

AJMEDİA.İNFO Gazeta.ru-ya istinadən xəbər verir ki, bu sözləri İsrailin Almaniyadakı səfiri Ron Prozor Almaniyanın Azad Demokratik Partiyasının üzvü Frank Müller-Rozenrittin podkastında deyib.

Onun sözlərinə görə, İsrail tərəfinin əlində məlumatlar və həmçinin fotoşəkillər var ki, minlərlə insanın bu hadisələrdə iştirak etdiyini, əhalinin bir hissəsinin daha dəhşətli əməllər törətdiyini əks etdirir.

Nümunə kimi səfir qadınlara qarşı pis rəftarı və onlara qarşı cinsi zorakılığı göstərib.

Ron Prozor, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsini Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edib.