26 Aprel 2024
"HƏMAS" İsrailin liman şəhərini raket atəşinə TUTDU

"HƏMAS" İsrailin liman şəhərini raket atəşinə TUTDU

13 May 2021
Baxış: 528

Qəzza zolağını idarə edən HƏMAS hərəkatının döyüş qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailin Aralıq dənizi sahilində yerləşən liman şəhəri Aşdoda 50 raket atdığını açıqlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə “Saut Al-Aqsa” radiostansiyası məlumat yayıb.

Xatırladaq ki, bu gün İsrail ordusu HƏMAS kəşfiyyatının iki əsas fiqurunun məhv edildiyi barədə xəbər yaymışdı.

Öldürülənlər HƏMAS-ın hərbi kəşfiyyatının rəhbərlərindən biri və onun müavini, əks-kəşfiyyat şöbəsinin rəhbəridir.