10 May 2024
“HƏMAS-ı məhv edənə qədər dayanmayacağıq” – İsrail XİN rəhbəri

“HƏMAS-ı məhv edənə qədər dayanmayacağıq” – İsrail XİN rəhbəri

15 Noyabr 2023
Baxış: 406

İsrailin Xarici İşlər naziri Eli Koen Qəzzadakı hadisələrin mümkün inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

AJMEDİA.İNFO bildirir ki, qurum rəsmisi münaqişənin nə zaman bitəcəyini açıqlayıb. O, fikirlərini bu cür ifadə edib:

“Bizim iki məqsədimiz var və buna nail olana qədər hücumlarımızı həftələrlə və aylarla davam etdirəcəyik. İsrail HƏMAS-ın məhv edilməsi və bütün girovların geri qaytarılmasına qədər dayanmayacaq”.

Nazir qeyd edib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı Əl-Şifa tibb kompleksi ərazisindəki fəaliyyətin məqsədi HƏMAS terror tunellərinin məhv edilməsi və girovların axtarışıdır: “Bu gün İsrail ordusu bu ərazidədir, ona nəzarət edir və bütün Qəzza zolağında fəaliyyətini davam etdirəcək”.(Sfera.az)