30 Aprel 2024
Həmas heyəti Moskvaya gəlib

Həmas heyəti Moskvaya gəlib

02 Mart 2020
Baxış: 429

Moskvaya gələn nümayəndə heyətinə Həmas siyasi bürosunun sədri İsmayıl Haniya başçılıq edir.

rossaprimavera.ru yaydığı məlumata görə, İslam Müqavimət Hərəkatının (Həmas) nümayəndə heyəti Moskvaya rəsmi səfərə gəlib.

Moskvaya gələn nümayəndə heyətinə Həmas siyasi bürosunun sədri İsmayıl Haniya başçılıq edir. Səfərin məqsədi Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, habelə Federasiya Şurası və Rusiya Federasiyası Dövlət Dumasının rəhbərliyi ilə görüşlərin keçirilməsidir.

Bildirilir ki, görüşlər zamanı Yaxın Şərqdəki vəziyyət ABŞ prezidenti Donald Trump tərəfindən təklif olunan "əsrin sövdələşməsi" kontekstində müzakirə ediləcək.

Daha əvvəl Bennettin Həmas üçün İrana 4 milyon dollar müsadirə edilməsi barədə əmr imzaladığını bildirmişdik. Pul Qəzza zolağında Həmas terror infrastrukturunun inkişafına, o cümlədən silah istehsalına və yaraqlılara ödəmələrə yönəldiləcəkdir.

Teqlər: Həmas