26 Aprel 2024
Həkim: “III və IV doza peyvəndlənmə olacaq” - VİDEO

Həkim: “III və IV doza peyvəndlənmə olacaq” - VİDEO

22 İyun 2021
Baxış: 722

“Peyvəndin cəmiyyətdəki effektivliyinin məntiqi nəticəsi olaraq 6-7 aydan bir peyvəndlənmə prosesinin təkrarlanmasını müşahidə edəcəyik”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “ABR 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.

O bildirib ki, tibbi cəhətdən koronavirus peyvəndi vaxtaşırı təkrarlanmalıdır:

“Aparılan araşdırmalar göstərdi ki, peyvəndlənəndən və ya virusa yoluxub sağalandan sonra qandakı anticismlər altı ay ərzində qoruma sərhədindən aşağıya doğru gedir. Ona görə də III və IV doza peyvəndlənmə olacaq. Bu günə qədər bu məsələnin çox danışılmamasının səbəbi peyvəndin təsirinin yoxlanılması ilə bağlıdır”.