10 May 2024
Həftə sonları avtobusla yanaşı metro da işləməyəcək - RƏSMİ

Həftə sonları avtobusla yanaşı metro da işləməyəcək - RƏSMİ

25 May 2021
Baxış: 863

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.

AJMEDİA.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.

Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:

"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".