26 Aprel 2024
Hamburq şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası keçırıb

03 Avqust 2020
Baxış: 4177

Dünyanın bir çox ölkələrinin şəhərlərində yaşayan soydaşlarımız Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirməkdə davam edirlər.

Almanıyanın Hamburq şəhərindən ajmedia.info saytına verilən məlumata görə aksiya Hamburq şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub.

Şəhərin mərkəzsi olan Spietaler Strasse meydanında baş tutan aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Eləcədə bildirilir ki, aksiyada Azərbaycanlılarla birlikdə ölkəmizə dəstək nümayiş etdirənlərdən Turklər və eləcədə Azərbaycan Yəhudiləri olmuşdur.

Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçudur” və sair şüarların yazıldığı plakatların nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.
Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə çıxışlar olub.

Teqlər: Hamburq