27 Aprel 2024
"Gözünün içinə qədər yalan deyir..." - Heydər Əliyevlə Robert Koçaryanın ŞOK DİALOQU

"Gözünün içinə qədər yalan deyir..." - Heydər Əliyevlə Robert Koçaryanın ŞOK DİALOQU

30 Avqust 2021
Baxış: 1237

Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyevin xatirələrində yazdığına görə, 2001-ci ildə Strasburqda Ulu Öndər Heydər Əliyev və Ermənistanın sabiq Prezidenti Koçaryan arasında maraqlı dialoq yaşanıb.

Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi qarşısında keçiriləcək Vaqif Poeziya Günlərinin açılışı və cənab Prezident İlham Əliyevin tədbirdə iştirakıhəmin dialoqun xatırlanmasına səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu dialoqu Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli sosial şəbəkə hesabında paylaşıb.

Həmin dialoqu təqdim edirik:

– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

– Nə danışırsınız, Heydər Əliyeviç…

“Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra Ulu Öndər Heydər Əliyev heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Bir 3 nəfər, ayaqüstə duran insanlar və abidə şəkili ola bilər