11 May 2024
"Formula 1"ə görə tıxacda qalmamaq üçün BU YOLLARDAN İSTİFADƏ EDİN

"Formula 1"ə görə tıxacda qalmamaq üçün BU YOLLARDAN İSTİFADƏ EDİN

28 Aprel 2023
Baxış: 325

"Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur. Bununla əlaqədar Dövlət Yol Polisi də fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

AJMEDİA.İNFO xəbər verir ki, hazırda bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Sutkanın pik saatlarında nəqliyyat vasitələrinin sıxlığını ardan qaldırmaq, eləcə də piyadaların təhlükəsziliyini təmin etmək üçün küçə və prospektlərdə patrul xidmətinin əməkdaşlarının sayı artırılıb.

Sıxlıq yaranmaması üçün bir sıra alternativ yollardan istifadə oluna bilər. DYP-nin baş inspektoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, paytaxtın cənubundan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə, eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar üçün isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.