26 Aprel 2024
FHN: Yasamalda yaşayış binasındakı yanğın söndürüldü

FHN: Yasamalda yaşayış binasındakı yanğın söndürüldü

13 Oktyabr 2021
Baxış: 484

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki, FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

20:25

Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.

Bu barədə hadisə şahidləri məlumat verib.

Bildirilir ki, yanğın Yasamal yaşayış kompleksində qeydə alınıb.

Yanğına səbəb elektrik xətlərinin alışması göstərilir.