12 May 2024
Fələstin televiziyalar Yəhudilərə qarşı zorakılığa çağırış etməyə davam edir

Fələstin televiziyalar Yəhudilərə qarşı zorakılığa çağırış etməyə davam edir

09 İyun 2020
Baxış: 517

Fələstin Mediası 8 iyun tarixində Fələstin televiziyasının fəaliyyətinə dair kiçik bir hesabat yayımlayıb. Məlumata görə, FM-nın rəhbərliyi sakinləri yəhudilərə qarşı zorakılığa təhrik etməyə davam edir.

Təhlilə görə, iki həftə ərzində Fələstin televiziyasında yəhudilərin öldürülməsinə çağıran ən azı dörd video nümayiş olunub.

Bu videolar İsrail Dövlətinin Qərb Sahilinə qatılmağı planlaşdırdığı bir müddətdə yayımlanıb.

Reklamlardan birində fələstinlilər Xaibarın - yəhudilərə qarşı döyüşün müsəlmanlar üçün qalib gəldiyi şəhərin şöhrətini bərpa etməyə çağırılır. Bundan əlavə, bu şüar tez-tez mitinqlərdə yəhudilər üçün təhdid kimi səslənir.

Digər reklam çarxlarında fələstinlilər öz dinləri uğrunda silah istifadə etməyə, Əl-Əqsa uğrunda ölməyə çağırılır.

Videolar FM ilə İsrail arasında münasibətlərin gərgin olduğu bir vaxtda yayımlanır. Xatırladaq ki, FM-nın prezidenti Mahmud Abbas bir müddət əvvəl yəhudi dövləti ilə hər hansı bir əlaqənin kəsildiyini elan etmişdir.


Foto, FM-nın YouTube yayımlanan televiziyasından goturulub

Teqlər: Fələstin