26 Aprel 2024
Fələstin Muxtariyatı Təhlükəsizlik Xidmətləri Əbu Dis və İsariyanı tərk etdi

Fələstin Muxtariyatı Təhlükəsizlik Xidmətləri Əbu Dis və İsariyanı tərk etdi

22 May 2020
Baxış: 465

FaktXəbər-in N12-yə istinadən verdiyi məlumata görə, Fələstin rəhbərliyinin təhlükəsizlik qüvvələri Qüdsün sərhədləri yaxınlığında muxtariyyətin C və B adlandırılan zonalarında yerləşən Əbu Dis və İzəriyyə kəndlərini tərk edib.

Oslo Sazişlərinə əsasən C bölgəsi Isroail'in tam mülki və hərbi nəzarəti altındadır, B bölgəsi Fələstin rəhbərliyinin mülki nəzarəti altındadır, ancaq İsrail hərbi nəzarəti altındadır. Muxtariyyətin təhlükəsizlik xidmətləri İsrail hakimiyyəti ilə razılaşdırılmış şəkildə kəndlərdə fəaliyyət göstərirdi.

Xatırladaq ki, bir gün əvvəl Fələstin rəhbərliyi təhlükəsizlik xidməti ilə həm təhlükəsizlik, həm terrorla mübarizə, həm də mülki məsələlər üzrə İsrail ilə əməkdaşlığın tamamilə dayandırıldığını elan etmişdi.

Teqlər: Fələstin