11 May 2024
Fatih Terim: "Bizə texniki qələbə lazım deyil"

Fatih Terim: "Bizə texniki qələbə lazım deyil"

08 Noyabr 2021
Baxış: 498

Türkiyə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Rusiyanın "Lokomotiv" (Moskva) klubuna texniki məğlubiyyət verilməsinə qarşıdır.

AJMEDİA.İNFO xəbər verir ki, 68 yaşlı mütəxəssis "Sözçü" qəzetinə açıqlamasında evdə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup matçının sonlarının yenidən oyanınılmasını istədiyini bildirib.

Onun sözlərinə görə, komandasına texniki qələbə lazım deyil: "Bunu nə mən, nə də oyunçularım istəyir. Pozuntu təsdiqlənərsə, görüşün sonunu təkrarlamağa hazırıq. Mən yalnız bunu istərdim. Konsentrasiyanın müəyyən dərəcədə pozulduğunu qeyd etmək lazımdır, amma baş verənlərə görə kimisə günahlandırmaq fikrində deyiləm".

Qeyd edək ki, "Qalatarasay" - "Lokomotiv" qarşılaşmanın ikinci hissəsində qonaq komandanın futbolçusu Dmitri Jivoqlyadova sarı vərəqə göstərildikdən sonra meydanda kiçik toqquşma baş verib. Nəticədə isveçrəli referi Sandro Şerer Moskva təmsilçisindən Dmitri Barinovu və İstanbul klubundan Mbaye Dianı sarı vərəqə ilə cəzalandırıb. Üstəlik, o, Jivoqlyadova yenidən sarı vərəqə göstərib. Lakin UEFA-nın rəsmi saytındakı oyun protokolunda bu futbolçunun 1 "sarı"sının olduğu göstərilib.

"Sarı-qırmızılar" qitə futbol qurumundan bu epizoddakı qərarı müzakirəyə çıxarmasını və rəqibə texniki məğlubiyyət verməsini tələb edib.