12 May 2024
Faciəvi şəkildə ölən polisin görüntüsü - FOTO

Faciəvi şəkildə ölən polisin görüntüsü - FOTO

16 Yanvar 2024
Baxış: 351

Hacıqabul-Horadiz yolunda baş verən yol qəzasında həyatını itirən polis nəfəri ilə bağlı daha bir təfərrüat məlum olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, polis nəfəri, Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlu Sabirabad rayonunun Qaragüney polis bölməsinin əməkdaşı olub.

Əslən Sabirabad rayonunun Minbaşı kəndindən olan D. Məmmədov elə həmin kənddə yaşayırmış. Mərhumun 3 azyaşlı övladı qalıb.

D. Məmmədovun fotosunu təqdim edirik.