25 Aprel 2024
Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ

11 İyun 2021
Baxış: 527

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə AJMEDİA.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.