12 May 2024
"Ermənistan ordusu müxtəlif çaplı silahlardan..." - Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

"Ermənistan ordusu müxtəlif çaplı silahlardan..." - Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI

15 İyun 2023
Baxış: 318

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə AJMEDİA.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.