11 May 2024
Ermənistan Azərbaycanla nə vaxt sülh müqaviləsi imzalayacaq? - AÇIQLAMA

Ermənistan Azərbaycanla nə vaxt sülh müqaviləsi imzalayacaq? - AÇIQLAMA

13 İyul 2022
Baxış: 409

"Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini müzakirə etmək üçün predmetli görüşlərin keçiriləcəyinə ümid edir".

AJMEDİA.İNFO-nun məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində belə deyib.O, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dalana düşməsi ilə bağlı rəylərlə razılaşmayıb. "Onu dalana düşmək kimi xarakterizə etməzdim".

Bununla bağlı o, bir müddət əvvəl Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sərhəddə delimitasiya məsələsi ilə bağlı görüş keçirməsini xatırladıb.

Qriqoryan həmçinin, Sankt-Peterburqda iki ölkənin baş nazir müavinlərinin kommunikasiyaların blokdan açılması məsələsi ilə bağlı görüşünü qeyd edib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüş zamanı tərəflər imkan daxilində mövqelərini yaxınlaşdırmağa çalışıblar.

Qriqoryan bildirib ki, baş nazir müavinlərinin növbəti görüşləri Moskva və Brüsseldə keçirilməlidir.
O, həmçinin yaxın vaxtlarda Azərbaycan Prezidentinin köməkçisi ilə görüşmək imkanının olacağına ümid etdiyini bildirib.

O, görüşün gündəliyinin müzakirə olunduğunu deyib.

“Ümid edək ki, yaxın gələcəkdə sülh müqaviləsini müzakirə etmək üçün predmetli görüşlər olacaq və biz irəliləyişə nail olacağıq.

Xarici İşlər Nazirlikləri bu istiqamətdə işləyirlər, ümid edək ki, hətta yaxın gələcəkdə bizdə belə irəliləyişlər olacaq... Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair gündəliyi mümkün qədər irəli aparmağa çalışmaqda davam edirik", - deyə Qriqoryan qeyd edib.(Cebhe.info)