29 Mart 2024
Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı - RƏSMİ

Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı - RƏSMİ

11 İyun 2021
Baxış: 537

"Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb".

AJMEDİA.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - nazirlikdən bildirilib.