27 Aprel 2024
Erməni KİV: “Nəqliyyat dəhlizlərindən biri Qaragöldən keçəcək”

Erməni KİV: “Nəqliyyat dəhlizlərindən biri Qaragöldən keçəcək”

21 May 2021
Baxış: 408

Dəhlizlərdən biri Qaragöl yaxınlığından keçəcək.

AJMEDİA.info yenisabah.az-a istinadən xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Türkiyə-Azərbaycan tandeminin nəzərdə tutduğu yollardan və ya dəhlizlərdən biri Meğridən deyil, Qaragöldən uzaq olmayan, Sünik bölgəsinin yuxarı hissəsindən keçəcəkdir.

“Hraparak” mövzunu inkişaf etdirərək yazır.

“Bu baxımdan Qaragöl artıq minə yaxın hərbçinin yerləşdirildiyi Azərbaycan silahlı qüvvələrinin ilk hücum hədəfinə çevrilib. Azərbaycan tərəfi bu dəhlizin tikintisinə başlayıb və ümid bəslədiyi Qaragölə doğru artıq torpaq yol çəkib. Hərbçilərimiz bəzən özlərindən bir neçə metr aralıda olan azərbaycanlılarla əlaqə qurmağa çalışdıqlarını və niyə gəldiklərini soruşduqda bu cavabı aldıqlarını söyləyirlər: “Biz heç nə həll etmirik, yalnız əmri yerinə yetiririk. Bu liderlərimiz arasındakı razılaşmaların nəticəsidir”.