11 May 2024
Ərdoğandan QƏRBƏ SƏRT MESAJ: "Azərbaycanda... - Bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq"

Ərdoğandan QƏRBƏ SƏRT MESAJ: "Azərbaycanda... - Bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq"

01 Sentyabr 2021
Baxış: 576

“Artıq SİHA-larımız var. Artıq Akıncılarımız var. Hamısından var. Artıq dilənçi deyilik. Əksinə indi bizdən istəyirlər”.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, hələ Baş nazir seçiləndə pilotsuz uçuş aparatları üçün ABŞ-a müraciət edib. Lakin rədd cavabı alıb:

“İndi hamı bizdən SİHA istəyir. Azərbaycanda sözümüzü PUA-larla (SİHA) dedik. Liviyada PUA-larımızla var idik. Çünki bunların hamısı bizdə var. Müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı öz iradəmizi ortaya qoymağa başlayanda bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq”.

Ərdoğan bildirib ki, maneələrə baxmayaraq Türkiyə doğru bildiyi yoldan dönməyəcək. (Metbuat.az)