27 Aprel 2024
"Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək" - İranlı nazir

"Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək" - İranlı nazir

25 Oktyabr 2021
Baxış: 602

Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi deyib.

Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasımi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.