12 May 2024
Əliyev BMT nümayəndələrinin Qarabağa səfərini təşkil etməyə hazır olduğunu bildirib

Əliyev BMT nümayəndələrinin Qarabağa səfərini təşkil etməyə hazır olduğunu bildirib

27 Sentyabr 2023
Baxış: 699

Azərbaycan hakimiyyəti BMT nümayəndələri üçün Qarabağa səfər təşkil etməyə hazırdır. Bunu Respublika Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib.

AJMEDİA.İNFO xəbər verir ki, “Sentyabrın 26-da İlham Əliyevin Antoni Blinkenlə telefon danışığı olub. Azərbaycan tərəfinin BMT-nin ölkədə akkreditə olunmuş rezident əlaqələndiricisinin yaxın vaxtlarda Azərbaycanın Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduğu vurğulanıb”, - deyə prezidentin mətbuat xidmətindən bildirilib.

Əliyev Qarabağın erməni əhalisinin hüquqlarının Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq təmin edilməsi istiqamətində iş aparıldığını vurğulayıb.