26 Aprel 2024
Dünyanın ən təhlükəli oteli

Dünyanın ən təhlükəli oteli

21 May 2022
Baxış: 470

İtaliyanın Alp dağlarında dünyanın ən təhlükəli oteli yerləşir.

Ağ və qırmızı boru formasında hazırlanmış otelin bir hissəsi 300 metrdən çox hündürlükdə qayaların üstündən asılı qalıb.

Otel Mont Blan zirvəsinə qalxan 12 alpinist üçün sığınacaq rolunu da oynayır. Mütəxəssislərin fikrincə, bu yer pis hava şəraiti ilə üzləşən və ya qaranlıqda itən alpinistlərin həyatını xilas etməyə qadirdir.

Otelin tikintisi 250 min avroya başa gəlib. Buraya tikinti materialları helikopterlə gətirilib. Oteldə gecələmə 30 avroyadır. AZİNFORM.AZ