12 May 2024
Dünya çempionu Bakıda narkotik satarkən TUTULDU - FOTO

Dünya çempionu Bakıda narkotik satarkən TUTULDU - FOTO

15 Sentyabr 2021
Baxış: 533

Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, idmançı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

(Trend.az)