26 Aprel 2024
Doqquz şəhər və rayonda 16 iyun saat 06.00-dək küçəyə çıxmaq qadağandır

Doqquz şəhər və rayonda 16 iyun saat 06.00-dək küçəyə çıxmaq qadağandır

14 İyun 2020
Baxış: 376

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

AJM-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilərlər.

Teqlər: Doqquz