10 May 2024
“Diqqətli olaq, İrandan sərhəddəki son durumla bağlı təxribat var...” – Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

“Diqqətli olaq, İrandan sərhəddəki son durumla bağlı təxribat var...” – Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

13 Sentyabr 2022
Baxış: 358

“Ölkədəki İran media şəbəkəsi internet resurslarda cəbhədəki erməni təxribatları ilə bağlı əks təbliğat aparır”.

AJMEDİA.İNFO bildirir ki, bunu siyasi-ekspert Yeganə Hacıyeva deyib.

O, insanları diqqətli olmağa çağırıb:

“Cəbhədə vəziyyət və Azərbaycan Ordusunun itkiləri ilə bağlı yalan xəbərlər və dezinformasiyalar yayır. Bu çirkli təbliğatda iştirak edərək onların işini asanlaşdırmayaq. Ancaq rəsmi instansiyalardan alınan məlumatlara etibar edək”.

Texno-bloqqer Fərid Pərdəşünas da sosial şəbəkə istifadəçilərinə müraciət edib. O, belə vəziyyətlərdə istifadəçilərin atmalı olduğu addımı açıqlayıb:

“Tək etməli olduğumuz şey yeni və ilk xəbəri yaymaq üçün yarışmamaqdır. Xüsusilə qarşı tərəfin daxili media və rəsmi qurumlarının açıqlamalarına istinad etməmək vacibdir. Diqqətli və səbrli olaq”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.(sfera.az)