11 May 2024
Dini Komitənin sədri vəzifəsini icra edəcək Səyyad Salahlı ilə bağlı MARAQLI FAKTLAR

Dini Komitənin sədri vəzifəsini icra edəcək Səyyad Salahlı ilə bağlı MARAQLI FAKTLAR

16 Fevral 2024
Baxış: 377

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Səyyad Salahlı 1952-ci il yanvarın 15-də İmişli rayonunun Qaradonlu kəndində anadan olub.

1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxuyub.1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni bitirib. İkinci ali təhsilini Bakı Dövlət Universitetində alıb və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olub.

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı olub. 2000-ci il noyabrın 5-də 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür.

Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Ədəbi-ictimai fəaliyyəti "Tərəqqi" medalı, "Qızıl qələm" mükafatı, "İnam" şərəf diplomu ilə dəyərləndirilib.Evlidir, 3 övladı var.(sfera.az)