12 May 2024
Cənubi Koreya saxlanılan gəmi ilə əlaqədar İrana nümayəndə heyəti göndərəcək

Cənubi Koreya saxlanılan gəmi ilə əlaqədar İrana nümayəndə heyəti göndərəcək

06 Yanvar 2021
Baxış: 1345

İran tərəfindən Körfəzdə həbs edilən Cənubi Koreyaya məxsus tankerin və onun heyətinin buraxılması ilə bağlı danışıqlar aparmaq üçün Seuldan nümayəndə heyəti Tehrana gedəcək.

AJM Yonhap agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin idarə rəisi rəhbərlik edəcək. Bir neçə gün sonra isə nazir müavini səviyyəsində nümayəndə heyətinin İrana yola düşməsi planlaşdırılıb. Nazirlik İran tərəfinin əvvəlcə məsələnin müzakirəsinə soyuq yanaşdığını, amma sonradan danışıqlara razılıq verdiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Cənubi Koreyaya məxsus tankeri ətraf mühit qaydalarına riayət etmədiyi üçün Körfəzdə saxlayıb. Ardınca gəminin heyət üzvünə cinayət işi açılması barədə məlumatlar yayılıb. Gəminin operatoru isə ətraf mühitin çirkləndirilməsi ilə bağlı iddiaları rədd edib.