27 Aprel 2024
“Çelsi” Timo Vernerin transferini iyunun 15-dək açıqlayacaq

“Çelsi” Timo Vernerin transferini iyunun 15-dək açıqlayacaq

12 İyun 2020
Baxış: 353

Londonun “Çelsi” futbol klubu yeni transferi Timo Vernerin keçidini tezliklə rəsmən açıqlaya bilər.

AJM İngiltərə mətbuatına istinadla xəbər verir ki, London klubu ilə “Leypsiq”in artıq razılaşdığı qeyd olunub.

London təmsilçisinin transferi iyunun 15-dək açıqlaması gözlənilir. Bu transfer üçün Bundesliqa klubuna 60 milyon avro ödənəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 41 oyunda 31 dəfə fərqlənməyi bacarıb və 13 assist edib.