12 May 2024
Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirildi-FOTO

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirildi-FOTO

08 Noyabr 2021
Baxış: 480

Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AJMEDİA.İNFO xəbər verir ki,Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlamış və Şəhidlər Xiyabanında başa çatmışdır. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin xatirəsini ehtiramla anıblar.

Zəfər yürüşü Ulu Öndərin adını daşıyan seyrəngahda musiqili mərasimlə davam edib.

Mərasimdən sonra 8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad şəhərində ağacəkmə aksiyası keçirilib.

image-252837204_2380995602031362_2241671847348625079_n image-254573421_2380995535364702_614471985255011342_n image-254972813_2380995315364724_1283974700141680861_n image-254983630_2380995598698029_3144947697160929905_n image-255288433_2380995505364705_2130524474502889454_nimage-254647805_2380995335364722_3420989052091410446_n