11 May 2024
Çavuşoğlu sabah Lavrovla görüşəcək

Çavuşoğlu sabah Lavrovla görüşəcək

09 Mart 2021
Baxış: 1268

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

AJM-nın TASS-a istinadən xəbərinə görə, tərəflər martın 10-da Qətərin paytaxtı Dohada danışıqlar aparacaq.

Görüşün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərq turnesi çərçivəsində baş tutacağı bildirilir. Səfər çərçivəsində Rusiyanın baş diplomatı xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman al-Tani ilə görüşəcək.

Onu Qətər əmir Təmim bin Həməd al-Taninin də qəbul edəcəyi gözlənilir.