09 May 2024
“Bütün şəhərləri yer üzündən silməyə HAZIRIQ”: Putinin növbəti mümkün HƏDƏFİ AÇIQLANDI

“Bütün şəhərləri yer üzündən silməyə HAZIRIQ”: Putinin növbəti mümkün HƏDƏFİ AÇIQLANDI

11 Aprel 2022
Baxış: 1110

“Rusiya prezidenti diktator və təcavüzkardır”.

AJMEDİA.İNFO xəbər verir ki, “Qordon” nəşrinə müsahibəsində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya belə bir açıqlama verib.

Tixanovskaya bildirib ki, Rusiya lideri öz ambisiyaları naminə bütün şəhərləri yer üzündən silməyə hazırdır.

“Putin öz maraqları üçün xarici ölkələri işğal etməyə, uşaq bağçalarını bombalamağa, insanları yandırmağa hazır olan təcavüzkar diktatordur. Ola bilsin ki, tarix kitablarına böyük fateh kimi düşmək istəyirdi. lakin o, qatil kimi orada qalacaq”.

Siyasətçi ümid edir ki, dərsliklərdə Rusiya Federasiyası prezidentinin fotosunun yanında onun prezidentliyinin nəticələri kimi Borodyanka, Buça və Mariupoldan olan şəkillər yer olacaq.(konkret.az)