04 İyul 2024
Bu şəxslərə ŞAD XƏBƏR - Pensiyaları ARTIRILIR

Bu şəxslərə ŞAD XƏBƏR - Pensiyaları ARTIRILIR

03 İyun 2024
Baxış: 341

"Əmək pensiyaları haqqında" qanuna ediləcək yeni dəyişikliklər Milli Məclisin sonuncu plenar iclasında 2-ci oxunuşda qəbul olundu. Yeni dəyişikliklər ilə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır.

AJMEDİA.İNFO xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır:

"Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100% sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60%-i məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10% artırılmasını nəzərdə tutur".

Millət vəkili deyir ki, indi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70%-i həcmində pensiya ala biləcəklər: "Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq".

"Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək", - V. Bayramov əlavə edib.