04 İyul 2024
Bu rayona yeni polis rəisi TƏYİN EDİLDİ

Bu rayona yeni polis rəisi TƏYİN EDİLDİ

23 Fevral 2023
Baxış: 624

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

AJMEDİA.İNFO APA-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.

Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.

Ziyafət Səfərli indiyə qədər Bakının Suraxanı rayonunun Polis Şöbəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.