10 May 2024
Bu gün və sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 15-dən etibarən...

Bu gün və sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Saat 15-dən etibarən...

14 Mart 2024
Baxış: 313

Bu gün paytaxt Bakıda orta səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

AJMEDİA.İNFO BAKU.WS-ə istinadla xəbər verir ki, qasırğa bu gün günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq, 18:00-da nisbətən səngiyəcək.

Həmçinin, sabah saat 15-dən etibarən də geomaqnit qasırğası müşahidə olunacaq.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.