04 İyul 2024
Bu ərazilərdə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu ərazilərdə QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

04 İyun 2024
Baxış: 313

Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 04.06.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə AJMEDİA.İNFO-ya “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə See Breeze istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.