11 May 2024
"Bu baş versə, Ukraynada qiyamət qopacaq" - Medvedev TƏHDİD ETDİ

"Bu baş versə, Ukraynada qiyamət qopacaq" - Medvedev TƏHDİD ETDİ

18 İyul 2022
Baxış: 370

Rusiya Ukraynaya hədə-qorxu gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya tərəfindən yeni açıqlama gəlib.


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna-Rusiya müharibəsi və Rusiyanın Qərblə münasibətləri ilə bağlı mühüm açıqlamalar verərkən Ukrayna tərəfinə sərt fikirlər səsləndirib:

"Zaman-zaman bəzi açıqlamalarla ortaya çıxan klounlar bizi təhdid etməyə çalışır. Mən Krıma edilən hücumdan danışıram. Bu gerçəkləşərsə, Ukraynada qiyamət qopacaq. Bizim cavabımız çox tez və sərt olacaq”.

Medvedev, həmçinin Qərb ölkələri ilə yaşanan gərginliyə də toxunub:

"ABŞ və bəzi Avropa ölkələrinin məqsədi Rusiyanın mümkün qədər inkişafını əngəlləməkdir. Onlar bizə və imkanlarımıza bir çox cəhətdən paxıllıq edirlər. Ölkəmiz bütün dövlətləri sevindirə bilməz”.(azxeber.com)